top of page

AÇ: 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.


90plus.az xəbər verir ki, idmançılarmız 1/8 finaldan mübarizəyə başlayacaqlar.


Nihat Məmmədli (60 kq) Edmond Nazaryanla (Bolqarıstan) qarşılaşacaq.


Həsrət Cəfərov (67 kq) Pedro De Moraisin (Portuqaliya), 72 kq-dakı Ülvü Qənizadə Andrey Kulikinlə (Ukrayna) üz-üzə gələcək.


Rafiq Hüseynov (82 kq) Mark Veberlə (İsveçrə), Arif Niftullayev (97 kq) Artur Omarovla (Çexiya) qarşılaşacaq.


Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.

0 comments

Comments


bottom of page