AÇ: Hacı Əliyev də "gümüş"lə kifayətləndi

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.


90plus.az xəbər verir ki, 65 kq-da çıxış edən 31 yaşlı idmançı finalda Macarıstan təmsilçisi İsmail Musukayevlə qarşılaşıb.

3 qat dünya və 3 qat Avropa çempionumuz görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. Yekunda 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub. Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib. Bu gün, həmçinin Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasında qüvvəsini sınayacaq.

0 comments