“İnter Mayami”nin hücumçusu Jozef Martines komanda yoldaşları Lionel Messi və Serxio Buskets haqda danışıb.
90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Busketsi dahi, möhtəşəm və ağıllı adlandırıb:
“Buskets kimi oyunçuya sahibik. O, əladır. Məncə, dahidir. Busketsə Messidən daha çox üstünlük verirəm (gülür). Niyə? Çünki o, möhtəşəmdir və çox ağıllıdır”.
Messi və Buskets ABŞ klubu ilə 2025-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb. Argentinalı hücumçu son mövsümü PSJ-də, ispaniyalı yarımmüdafiəçi isə “Barselona”da keçirib.