top of page

“Aşağı liqaya yuvarlanmaq təhlükəsindən az da olsa, uzaqlaşdıq”

“Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays İngiltərə Premyer Liqasının 35-ci turunun “Mançester Yunayted”lə oyunundan sonra (1:0) danışıb.


90plus.az “BT Sport”-a istinadən xəbər verir ki, o, qələbəyə layiq olduqlarını deyib:


“Bu, çox vacib qələbədir. Nisbətən rahatıq. Çünki aşağı liqaya yuvarlanmaq təhlükəsindən az da olsa, uzaqlaşdıq.


Komanda yoldaşlarım qələbə üçün meydanda sona qədər mübarizə apardılar. Qələbəyə layiq idik. Matçdan öncə özümüzü tamamilə oyuna kökləmişdik”.


“Vest Hem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 37 xalla 15-ci, “qırmızı şeytanlar” isə 63 xalla 4-cü pillədə qərarlaşıb.

0 comments
bottom of page