A. İsmayılov AFFA-ya məhkəmədə uduzdu


AFFA  ilə Aslan İsmayılov arasında məhkəmə prosesi başa çatıb.


90plus.az xəbər verir ki, qərara əsasən, İsmayılov mətbuatda, sosial şəbəkələrdə assosiasiyada pul mənsimsəmələrinin, yeyintiləri, bu qurumun korrupsiya mənbəyi olması haqda yazdıqlarını, dediklərini təkzib etməli və AFFA-dan rəsmən üzr istəməlidir.


Məhkəmə prosesi təqribən 4 ay davam edib. Böyük ehtimalla bunun başlıca səbəbi məhkəmənin İsmayılovun AFFA-ya qarşı iddialarını hansısa formada sübuta yetirəcəyini gözləməsi olub. Amma Aslan İsmayılovun bu müddət ərzində heç bir sübut təqdim edə bilməməsi verilən qərarı şərtləndirib. 



0 comments