A seriyasını tərk edəcək son klub da bilindi

İtaliya A seriyasını tərk edəcək 3-cü klub da müəyyənləşib. 90plus.az xəbər verir ki, bu, 25-ci turdan təxirə salınmış "Latsio” - “Torino” matçından sonra bəlli olub.

Sözügedən görüş qolsuz başa çatıb və bu heç-heçədən sonra “Latsio” 68 xalla 6-cı, “Torino” 36 xalla 17-ci pillədə qərarlaşıb. Bu nəticə ilə “Benevento”nun A seriyasını tərk edəcəyi dəqiqləşib. Komanda hazırda 32 xalla 18-ci sırada qərarlaşıb. “Benevento” son turda məhz “Torino”nun qonağı olacaq. Amma Turin təmsilçisi bu oyunda uduzsa belə, 17-ci pillədə qalacaq. A seriyasında son turun qarşılaşmaları 22-23 mayda keçiriləcək.

Xatırladaq ki, daha öncə 20 xalla 20-ci və 22 xalla 19-cu pillələrdə qərarlaşmış “Parma” ilə “Krotone”nin elitanı tərk edəcəyi dəqiqləşmişdi.

0 comments