A seriyasının bərpa tarixi açıqlandı

İtaliya A seriyasının mayın 3-dən bərpası planlaşdırılır.

90plus.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina məlumat verib. O bildirib ki, hazırda yeni təqvim üzərində işləməyə başlayıblar: "Çempionatı mayın 3-u bərpa etməyi və iyunun 30-u başa çatdırmağı planlaşdırırıq. Liqaların iyulun əvvəli də bitməsi mümkündür. Buna görə də UEFA və FİFA ilə birlikdə ölkəmizin səlahiyyətlilərinə müraciət göndərmişik. Görünür, biz avrokubokları və beynəlxalq fasiləni nəzərə alacağıq".

0 comments