top of page

A Seriyasının debütantı Rumıniya klubundan futbolçu transfer etdi

“Kalyari” Rumıniyanın ÇFR klubunun qapıçısı Simone Skuffeti transfer edib.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı oyunçu ilə 2026-cı ilin ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.


Skuffet 2022/23 mövsümündə ÇFR-in heyətində 49 oyuna çıxıb, 46 qol buraxıb, 19 dəfə qapısını toxunulmaz saxlayıb.


Klaudio Ranyerinin çalışdırdığı Sardiniya təmsilçisi Çexiyanın “Sparta” klubundan yarımmüdafiəçi Jakub Janktonu da transfer edib.


“Kalyari” 2023/24 mövsümündən etibarən İtaliya A Seriyasında mübarizə aparacaq.

0 comments
bottom of page