A Seriyasındakı şübhəli transferlər araşdırılır


İtaliyanın federal prokuroru Cuzeppe Kine İtaliya A Seriyasındakı 62 şübhəli futbolçu transferi ilə bağlı iş açıb. 90plus.az xəbər verir ki, prokurorluq oyunçuların qiymətinin mümkün artırılması hesabına klubların müqavilə, mübadilə və böyük qazanc əldə etməsini araşdırır. Şübhəli sözləşmələrin böyük hissəsi "Yuventus"a məxsusdur. Bu klub 42 transfer edib ki, həmin oyunçulardan 21-i 90 milyon avroya dəyişdirilib. Həmçinin Viktor Osimhenin Fransa "Lill"indən "Napoli"yə transferi də nəzərdən keçirilir. Neapol təmsilçisi 23 yaşlı hücumçu üçün 20 milyon avro ödəyib və 4 futbolçusunu verib.

0 comments