top of page

A seriyası üçün yeni idea

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina A seriyasının bərpasının mümkünlüyü barədə danışıb.



90plus.az “Football İtalia”ya istinadən yazır ki, o bildirib:“Bizim narahatlığımız var ki, klublardan hansındasa koronavirusa bir yoluxma bütün komandaları karantinə göndərə bilər. Biz bu məsələyə ciddi və diqqətlə yanaşacağıq ki, mövsümün bərpası uzanmasın”.


Qurum rəhbəri A seriyasının sonrakı oyunlarının pley-off sistemi əsasında keçirilməsi barədə ideyanın da olduğunu deyib: “Bəli, biz bunu da nəzərdən keçiririk. Bütün variantlara hazır olmaq lazımdır. Amma indi A seriyasının iyunun 13-də bərpa olunacağına inam var”.

0 comments
bottom of page