top of page

ABŞ-ın baş məşqçisi: “Qürur duya biləcəyimiz çox şey var”

ABŞ millisinin baş məşqçisi Qreqq Berhalter DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda İran üzərində qələbəni (1:0) şərh edib.


90plus.az xəbər verir ki, o, ilk hissədə ağıllı oynadıqlarını bildirib:


“Birinci hissədə çox ağıllı oynadıq. Qürur duya biləcəyimiz çox şey var. İkinci hissədə isə qətiyyətli davrandıq. DÇ-2022-nin pley-off mərhələsinə məğlub olmadan vəsiqə qazana bildik. Bu, əladır”.


B qrupunda ABŞ millisi 5 xal toplayaraq, pley-off mərhələsinə vəsiqə qazanıb. Onlar 1/8 finalda Niderland milli komandası ilə qarşılaşacaq.

0 comments
bottom of page