ABŞ-da ən yaxşı futbolçu


ABŞ-da 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.

90plus.az xəbər verir ki, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Kristian Pulişiç bu ada layiq görülüb.

Müqavilə ilə "Çelsi"yə məxsus olan  21 yaşlı futbolçu 38 faiz səslə birinci olub. Cordan Morris (“Sietl”) ikinci (35 faiz), Ueston Makkenni (“Şalke”) isə üçüncü (13 faiz) olub.

Qeyd edək ki, Pulişiç ikinci dəfədir Amerikada ilin ən yaxşısı seçilir. O, 2017-ci ildə də ən yaxşı futbolçu adına layiq görülmüşdü.

0 comments