ABŞ klubunda Rüfətin gəliri


Millimizin üzvü Rüfət Dadaşovun ABŞ-ın “Feniks Rizinq” klubundakı gəliri məlum olub.

90plus.az xəbər verir ki, ikinci liqa təmsilçisi hücumçuya illik 150 min dollar maaş ödəyəcək. Dadaşov yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Rüfət Dadaşov ötən həftə Almaniyanın 3-cü liqa təmsilçisi “Proyssen”dən ABŞ klubuna keçib (sportinfo.az).

0 comments