ABŞ millisi Qətərə getməkdən imtina etdi.

ABŞ millisinin Qətərdə keçirilməsi nəzərdə tutulan 20 günlük təlim-məşq toplanışı ləğv edilib.

90plus az-ın məlumatına görə, federasiyanın saytının bununla bağlı yaydığı açıqlamada bildirilib ki, regionda vəziyyətin gərginləşməsinə görə müvafiq qərar verilib. Qeyd edək ki, toplanış yanvarın 5-də başlanmalı idi. Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın aviazərbəsi nəticəsində iranlı general Qasım Süleymani öldürülüb. Bundan sonra İran ABŞ-dan qisas alacağını açıqlayıb.

0 comments

Recent Posts

See All