top of page

Abasovun "Neftçi"dəki yubileyi


“Neftçi”nin baş məşqçi postunu tutan Samir Abasov karyerasında 75-ci qələbəsini qazanıb. 90plus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qalibiyyəti Azərbaycan Premyer Liqasında XXIII turun “Sabah”la ev oyununa təsadüf edib - 1:0. 44 yaşlı mütəxəssis "ağ-qaralar"ın sükanı arxasında isə 30-cu qələbəyə sevinib. Karyerası ərzində “Sumqayıt”, “Zirə” və “Neftçi”də çalışmış Abasovun komandaları Premyer Liqada 66, Azərbaycan kubokunda 7, avrokuboklarda 2 dəfə qalib gəlib. “Ağ-qaralar”ın 30 qələbəsindən 27-si Premyer Liqa, 1-i ölkə kuboku, 2-si avrokuboklara təsadüf edib. “Neftçi” rəqibinə Bəxtiyar Həsənalızadənin avtoqolu ilə qalib gəlib. Bu, paytaxt təmsilçisinin rəqiblərinin ölkə çempionatları tarixində vurduğu 20-ci avtoqoldur.

0 comments
bottom of page