Abbasov: "Emin Mahmudovun yoxluğu hiss olundu"


90plus.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov "Səbail"lə oyundan sonra mətbuat konfransında fikirlərini bildirib


"Hər iki komanda matça itkilərlə çıxmışdı. Bizdə Emin Mahmudovun yoxluğu hiss olundu. Bəzi məqamlarda çətinliyimiz oldu. Şükürlər olsun, qalib gəldik. Fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanırıq".


43 yaşlı məşqçi bildirib ki, milli komandalara gedən futbolçulara görə əziyyət çəkəcəklər: "Amma inanırıq ki, problem olmayacaq. A milliyə neçə nəfərin getdiyini bilmirik. Bu, məşqlərimizə 100 faiz təsir edəcək. Hazırda Fəhmin Muradbəyli zədəlidir. Həkimlər çox əlləşir. Məşqdə bəladan qurtardı. Ayağı sına bilərdi. Əhməd Əhmədovun əzələsi də dartılma var. İnanırıq ki, fasilədə hər ikisi sıraya qayıdacaq".

0 comments