Abbasov: "Oyunun belə gərgin keçəcəyi gözlənilən idi"

"Oyunun belə gərgin keçəcəyi gözlənilən idi. “Zirə” hər bir rəqibə qarşı xüsusi hazırlaşmağı bacarır. Komandamdan razı qaldım".


90plus.az xəbər verir ki, bu barədə "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Zirə" ilə heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.


"Klublarımızda sabitlik çatışmır. İstədiyimiz nəticəni yekunda əldə edə bilərdik. Çalışacağıq ki, millinin oyunları ilə bağlı yaranacaq fasiləyədək uğurlu çıxışımızı davam etdirək".


Mütəxəssis "Zirə"yə qarşı oynamağın çətin olduğunu deyib: "Bəzi epizodlarda rəqib daha üstün olurdu, bəzilərində biz. Rəqib “Zirə” idi, onlara qarşı oynamaq çətindir. Bütün oyun ərzində pressinq tətbiq etmək mümkün deyil".

0 comments