Abdullah Zubir "Marsel"lə oyundan danışıb!


"Biz bilirik ki, yaxşı komanda ilə oynamağa gəlmişik. Xoş niyyətimiz var. Oyuna yaxşı hazırlaşmışıq. Çox istərdik ki, yaxşı oyunla növbəti mərhələyə keçək".

90plus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"ə qarşı Fransada keçirəcəkləri ilk oyunundan öncə təşkil edilən mətbuat konfransında deyib.


Fransalı yarımmüdafiəçi ölkəsində oynayacağından məmnun olduğunu bildirib: "Üç ildən sonra yenidən Fransada oynayacağım üçün məmnunam. "Marsel" xüsusi klubdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki,sabah gecə "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

0 comments