top of page

"Aberdin"in qapıçısı: "Qarabağ"ı necə narahat edəcəyimizi düşünürük"


"Mərhələni keçmək yaxşı olardı. Çünki qrupa düşsək, ən azı daha 6 oyun keçirəcəyik və onların üçü evdə olacaq. Bu, azarkeşlərimiz üçün də gözəl hədiyyədir".


90plus.az xəbər verir ki, bu sözləri "Aberdin"in qapıçısı Co Lyuis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.


Şotlandiyalı qapıçı Ağdam təmsilçisinin yaxşı komanda olduğunu bildirib: "Biz bunu yaxşı bilirik. Lakin nəzərə alaq ki, son iki turda səviyyəli kollektivlərə qarşı oynamışıq. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Amma buna çox da fikir vermirik. Hazırda "Qarabağ"ı necə narahat edə biləcəyimizi düşünürük".

0 comments
bottom of page