Abramoviç La Liqa klubunu almaq istəyir


Rusiyalı milyarder Roman Abramoviç “Çelsi”nin satışı ilə bağlı müqavilə başa çatdıqdan sonra İspaniyanın “Valensiya” klubunu almağa çalışacaq. 90plus.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. “Valensiya”nın problemlərinə görə sinqapurlu iş adamı Peter Lim klubu satışa çıxarıb. Komanda 41 turdan sonra İspaniya çempionatında 9-cu yerdədir. Daha əvvəl Roman Abramoviçin Türkiyə çempionatında sonuncu yerdə olan “Göztəpə”ni aldığı məlumatı yayılmışdı. Daha sonra iş adamının nümayəndəsi bu məlumatı təkzib edib.

0 comments