top of page

Abramoviç türk ofisianta 5,9 min dollar bəxşiş verdi!


"Çelsi"nin keçmiş sahibi Roman Abramoviç Türkiyənin elit restoranlarından birində verdiyi bəxşişlə gündəmə gəlib.


90plus.az türk mediasına istinadən xəbər verir ki, rusiyalı milyarder 85 min türk lirəsi (2,9 min dollar) dəyərində sifariş verib və ofisianta 175 min lirə (5,9 min dollar) bəxşiş təqdim edib.


Bildirilib ki, Abramoviçin dostları ilə getdiyi restoranda iş adamı “kral kimi” qarşılanıb. Sahibkar və onun şirkəti üçün yeməkləri aşpaz şəxsən hazırlayıb.


Xidmətdən məmnun qalan Abramoviç restoran işçilərinə təşəkkür edərək, restorana ümumilikdə 260 min lirə (8,8 min dollar) ödəyib.

0 comments
bottom of page