Abramoviç yaxt hazırlatdırır

"Çelsi"nin sahibi Roman Abramoviç özünə yeni yaxt hazırlatdırır.


90plus.az "Forbes"ə istinadən xəbər verir ki, yaxtın uzunluğu 145 metrdir. Rus milyarder gəmini gələn həftə istifadə edə biləcək.

Yaxt 8 göyərtə, lift, idman zalı, helikopter meydançası, cakuzi, hovuz və qarajla təchiz ediləcək. Həmçinin gəmidə 36 nəfərədək sərnişin və 60 nəfərlik heyəti qəbul edə biləcək 48 kabin var. Abramoviç yaxta görə 250-300 milyon dollar xərcləyib. Xəbərdə bildirilir ki, gəminin dəyəri 450 milyon dollara da çata bilər.

0 comments