top of page

Abubakarın halı pisləşdi

 “Beşiktaş”ın futbolçusu Vensan Abubakar xəstəxanaya yerləşdirilib.


90plus.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

32 yaşlı hücumçunun dünən məşqdən sonra halı pisləşib. Kamerunlu hücumçu bu səbəbdən ötən gecə xəstəxanada qalıb və hazırda onun müalicəsi davam etdirilir.


“Beşiktaş” oktyabrın 30-da Türkiyə Super Liqasının növbəti turunda “Qaziantep”i qəbul edəcək.



0 comments
bottom of page