top of page

Acun Ilıcalı zəlzələ qurbanlarına növbəti dəfə dəstək verdi

Updated: Feb 14

Fevralın 16-da Avropa Konfrans Liqasının pley-off mərhələsində oynanılacaq “Trabzonspor" - "Bazel" qarşılaşmasından əldə olunan reklam gəlirləri Türkiyədə zəlzələdən zərər çəkən vətəndaşlara bağışlanacaq.


90plus.az “Trt Spor”a istinadən xəbər verir ki, UEFA Avropa Konfrans Liqası oyunlarının yayım hüququna sahib olan “Acun Medya” şirkətinin rəhbəri Acun Ilıcalı sosial media hesabından matçın TV8-də yayımlanacağını açıqlayıb.


Ilıcalı, paylaşımında, "Reklam gəliri zəlzələdən zərər çəkən vətəndaşlarımız üçün istifadə olunacaq”, - deyə qeyd edib.


Məlum olduğu kimi, UEFA matçlarının əksəriyyəti “Exxen” platformasında şifrələnmiş formada yayımlanır.


Qeyd edək ki, “Trabzonspor" klubunun prezidenti Əhməd Ağaoğlu da "Bazel"lə oynayacaqları matçın gəlirini AFAD-a bağışlayacaqlarını açıqlayıb və azarkeşləri bilet almağa çağırıb.



0 comments
bottom of page