Acun İngiltərədə bu klubu almaq istəyir

TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalının İngiltərədə hansı klubu almaq istədiyi müəyyənləşib.


90plus.az "Hürriyet"ə istinadən xəbər verir ki, o, Çempionşipə yüksələn "Hall Siti" ilə maraqlanır. Acun artıq klubun nümayəndələri ilə görüşüb. İlk görüşün yaxşı keçdiyi bildirilib.

Qeyd edək ki, A.Ilıcalı mövsümün əvvəlində aldığı Niderland "Fortuna Sittard"ındakı səhmlərini satıb.

0 comments