top of page

Acun Ilıcalı azarkeşlərin xərcini ödəyəcək


TV8-in rəhbəri Acun Ilıcalı sahibi olduğu İngiltərənin “Hall Siti” klubunun azarkeşlərinə jest edib.

90plus.az "NTV Spor"a istinadən xəbər verir ki, türkiyəli iş adamı mövsümün sonuna qədər komandanın bütün səfər oyunlarında azarkeşlərin xərcini üzərinə götürüb.


O, bununla bağlı klubun rəsmi saytına açıqlamasında deyib: "Bura gəldiyim ilk gündən azarkeşlərin möhtəşəm dəstəyini görürəm. Biz də bu dəstəyə biganə qala bilməzdik". 

Qeyd edək ki, "Hall Siti" Çempionşipdə 26 turdan sonra 33 xalla 24 komanda arasında 16-cı pillədə qərarlaşıb.

0 comments
bottom of page