top of page

Acun Ilıcalı: “Yeni transferimiz camiəmizə xeyirli olsun”


Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu İngiltərənin Çempionşip təmsilçisi “Hall Siti” klubunun Jerar Pikeni transfer etdiyi mediada yazılır.


90plus.az xəbər verir ki, əslində A.Ilıcalı instaqram hesabında bu məlumatı paylaıb: “Azarkeş ordumuzun yeni transferi camiəmizə xeyirli olsun”.


Fotodan göründüyü kimi, Acun ulduz futbolçu ilə görüşüb və ona komandanın formasını hədiyyə edib.


İspaniya yığmasının keçmiş ulduzu son olaraq “Barselona”da oynayıb.

0 comments
bottom of page