top of page

Acun İngiltərə klubunun çalışdırıcısını istefaya göndərdi


İngiltərədə Çempionşipdə mövsümü 7-ci pillədə başa vuran və Premyer Liqada iştirak şansını əldən verən "Hall Siti" baş məşqçisini istefaya göndərib.


90plus.az xəbər verir ki, liqanın son matçında səfərdə "Plimut"a 1:0 hesabı ilə uduzan "Hall Siti"nin sahibi Acun Ilıcalı oyundan sonra Liam Roseniorla danışıb.


Bu gün - növbəti görüşdə yolların ayrılması qərara alınıb.


Qeyd: Ilıcalı İngiltərə təmsilçisinə yeni baş məşqçini ən qısa zamanda təyin edəcək.


Mənbə: NTV Spor

0 comments
bottom of page