top of page

Acun “Survivor”a Ronaldinyonu bu məbləğ qarşılığında gətirib


Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun Türkiyədə yayımlanan və Azərbaycanda da çox baxılan “Survivor” TV proqramında iştirakı böyük marağa səbəb olub.


Braziliyada yerli sosial mediada Ronaldinyonun “Survivor”a qatılması üçün aldığı məbləğlə bağlı iddialar irəli sürüb. Deyilənə görə, “Survivor”un aparıcısı, türkiyəli iş adamı Acun İlıcalı Ronaldinyoya oyunda iştirakı üçün 100-150 min dollar (170 min-255 min manat) ödəyib.


“1 milyon dollarlıq ödənişli rəqabət mühitində Ronaldinyo futbol istedadı ilə yanaşı, digər sahələrdə də necə fərqlənə biləcəyini sübut etməklə diqqətləri üzərinə çəkdi”, - deyə yerli nəşrlərdən birində bildirilib.



Qeyd: ötən günlərdə Acun İlıcalı hər kəsi təəccübləndirən sürpriz edib və Ronaldinyonun proqramın qonağı olacağını açıqlayıb. Dünya şöhrətli ulduz futbolu tərk edəndən illər sonra yarışa qatılıb.

0 comments
bottom of page