Acunun klubunu Şota Arveladze çalışdıracaq!



İngiltərənin "Hall Siti" futbol komandasına yeni baş məşqçi təyin olunub.


90plus.az xəbər verir ki, gürcüstanlı Arveladze 2,5 illik müqavilə bağlanılıb. 48 yaşlı baş məşqçinin son iş yeri Özbəkistan "Paxtakor"u olub. Arveladze Daşkənd komandasına 2 dəfə ölkə çempionluğu və kubokunu qazandırıb.

Qeyd edək ki, "Hall Siti" İngiltərənin səviyyəcə ikinci sayılan Çempionşipində 27 oyundan sonra 19-cu pillədə qərarlaşıb. Klub türkiyəli iş adamı Acun Ilıcalıya məxsusdur. Şota Arveladze Türkiyədə "Trabzonspor", "Kayserispor" və "Kasımpaşa"nın baş məşqçisi olub. O, 6 il əvvəl "Neftçi" ilə danışıqlar aparsa da, razılıq əldə olunmayıb.

0 comments