Adı Şöhrət Zalına daxil edildi


Adı İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilən daha bir futbolçu müəyyənləşib.


90plus.az xəbər verir ki, bu, "Mançester Yunayted"in əfsanəvi futbolçusu Erik Kantonadır.


55 yaşlı Kantona "qırmızı şeytanlar"ın heyətində 4 dəfə Premyer Liqada, iki dəfə ölkə kubokunda qızıl medal qazanıb.


Kantona Tyerri Anri və Alan Şirerdən sonra adı Şöhrət Zalına daxil edilən üçüncü futbolçudur.

0 comments