top of page

Adı “Fənərbağça” ilə hallanır – Rumıniyalı mütəxəssisin

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku karyerasını Türkiyədə davam etdirə bilər.


90plus.az “NTV Spor”-a istinadən xəbər verir ki, son günlər rumıniyalı mütəxəssisin adı Super Liqa təmsilçisi “Fənərbağça” ilə hallanır.


Baş məşqçi Jorje Jezus Türkiyə kubokunun “Başakşəhər”lə final matçından sonra (2:0) komandadan getdiyini bəyan edib.


Luçesku 2020-ci ilin yayından “Dinamo”nu çalışdırır. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, 2000-2002-ci illərdə “Qalatasaray”ın, 2002-2004-cü illərdə “Beşiktaş”ın, 2017-2019-cu illərdə isə Türkiyə milli komandasının “sükanı arxasında” olub.


0 comments
bottom of page