top of page

Adil Şükürov 1-4 məğlubiyyətdən sonra: “Belə matçlar bizə daha da stimul verməlidir”


“Kəpəz”in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 22-ci turunda “Səbail”ə 1:4 hesabı ilə uduzduqları oyunu şərh edib.


90plus.az xəbər verir ki, mütəxəssis gələcəyə ümidli danışıb:


“Daha çox fərqlənən bilərdik. Vaxtında qoları vura bilmədik. Rəqib isə əlinə düşən fürsətlərdən yararlandı. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Belə matçlar bizə daha da stimul verməlidir. Komandama inanıram. Daha yaxşı futbol oynayacağıq”.


Mütəxəssis komandasının qapısına təyin olunan penalti epizodunu belə dəyərləndirib: “Ondan öncəki epizoda baxmalıyıq. Kornerdə rəqib oyunçu Amil Yunanovu itələdi. Bizim penalti ilə bağlı etirazımız yoxdur. Sadəcə əvvəlki epizoda baxılmasını istəyirdik”.


O, müdafiədəki boşluqların səbəbini də izah edib: “Komanda daha çox hücum edəndə müdafiədə boşluqlar olur. Hər kəs həm hücum etməyə, həm də müdafiə olunmağa çalışırdı”. 


Adil Şükürov “Kəpəz”in keçmiş çalışdırıcısı, hazırda "Səbail"in məşqçisi Azər Məmmədovla gəncəli azarkeşlər arasında yaşanan gərginliyə belə aydınlıq gətirib: “Elə bir şey yox idi. Azər müəllim Cavadı önə çəkdi ki, Gəncə futbolunun yetirməsidir, ona dəstək olun”.

A.Şükürov klubun sponsorunun olmamasının işinə təsir göstərmədiyini vurğulayıb: “Bizim işimiz komandanı Premyer Liqada saxlamaqdır. Başqa heç nə barədə düşünmürürk. Bura gəlmişik, işimizi sona çatdırmalıyıq”.

0 comments
bottom of page