top of page

Adil Şükürov qələbəyə görə Allaha Şükür etdi!


“Həmişə deyirəm ki, bizi sevən insanları sevindirdiyimiz üçün Allaha şükür edirik. Azarkeşlərimizə təşəkkür edirəm ki, hər zaman bizə dəstək olurlar".


90plus.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Adil Şükürov "Kəpəz"in "Qəbələ”ni 3:0 hesabı ilə məğlub etdiyi oyundan sonra deyib:


"Yaxşı təşkilatlanmış komandaya qarşı oynadıq. Elmar Baxşıyevin çox yaxşı komandası var. Qələbə qazandığımız üçün çox sevinirəm. Rəhbərlik hər zaman komandanın yanındadır. Bu, çox vacib amildir. Çalışırıq ki, futbolçuları motivasiya edək, oyunlara hazırlayaq. Hazırda etdiklərimiz bizim tam olaraq istədiklərimiz deyil. Qarşıda böyük oyunlar var. Çalışacağıq ki, daha yaxşı olaq. "Qəbələ"ni təhlil etmişdik. Bilirdik ki, ilk dəqiqələrdə ön xəttdə çox aqressiv olurlar. Rəqibin hücumla müdafiəsi arasında böyük məsafə olur. Oyunumuzu da bunun üzərində qurmuşduq. Çalışırdıq ki, bu boşluqdan istifadə edib sürətli hücumlar quraq. Bu gün bunu edə bildik"

0 comments
bottom of page