top of page

Adrian Mutu baş məşqçi təyin olunur!


“Neftçi”nin sabiq çalışdırıcısı Adrian Mutunun ölkəsində ÇFR klubunu çalışdıracaq.


90plus.az xəbər verir ki, klubun sahibi Nelu Varqa yerli "İAMsport" mediaya belə açıqlama verib. O, bildirib ki, ölkə çempionatında “Botoşani”yə məğlubiyyətdən sonra baş məşqçi Andrea Mandorlini istefaya göndərilib: 


"Bəli bu doğrudur. Komandanın belə oynamasına dözə bilmirəm. Mutu ilə ötən il də danışmışdım. Sonra anası vəfat etdi. Mutu ilə bir-birimizi başa düşmüşük. Onunla müqavilənin detallarını müzakirə edəcəyik. Yeni baş məşçimizin adı Mutudur".


Qeyd: ÇFR hazırda 36 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Adrian Mutu ötən ay "Neftçi" ilə yollarını ayırıb.

0 comments
bottom of page