top of page

Adrian Mutu “Neftçi”dən getdi!


"Neftçi" rumıniyalı baş məşqçi Adrian Mutu ilə yollarını ayırdı.


90plus.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Mutu karyerasını Rumıniyada davam etdirəcək.

Klubdan Mutunun anasının vəfatı ilə əlaqədar vətəninə yollandığı deyilsə də, Premyer Liqanın 17-ci turunda “Qarabağ”a məğlubiyyətdən sonra rəhbərlik onunla yolları ayırmaq barədə qərar qəbul edib. Rumıniyalı çalışdırıcının köməkçiləri isə bu gün “Kəpəz”lə matçdan sonra vətəninə yollanacaq.

Gəncəlilərlə matç onlar üçün sonuncu olacaq.


“Neftçi” isə müvəqətti olaraq Rəşad Abdullayevə tapşırılıb.


Qeyd edək ki, "Neftçi"dən bu barədə rəsmi açıqlama hələ ki, yoxdur.



0 comments
bottom of page