top of page

Adrian Mutu “Zirə” üzərindəki qələbədən sevincək danışdı!



"Neftçi"nin çalışdırıcısı Adrian Mutu Azərbaycan çempionatının 15-ci turunda "Zirə" ilə 1-0 qalib gəldikkəri oyundan sonra fikirlərini bölüşüb!


90plus.az xəbər verir ki, baş məşqçi sevindiyini bildirib:


"Çətin oyun oldu. "Zirə" yaxşı təşkilatlanmış komandadır. İlk yarıda bərabərsəviyyəli oyun gedirdi. İkinci hissədə daha yaxşı idik. Futbolçularımı meydandadakı davranışına və yanaşmasına görə təbrik edirəm. Onlar döyüşkən ruh göstərdilər. Məni daha da sevindirən amil odur ki, meydana sonradan daxil olanlar özlərini yaxşı tərəfdən göstərdilər. Hər biri komandaya xeyir verdi. Sonda bu cür çətin oyunda qalib gəldik".


Qeyd edək ki, "Neftçi” “Zirə”yə minimal hesabla qalib gələrək qəsəbə təmsilçisinə çempionluq yolunda ağır zərbə vurdu!


Qolu isə Rəhman Hacıyev vurub.

0 comments
bottom of page