top of page

AEL-in baş məşqçisi: "Avrokuboklarda favorit olmur"


"Avrokuboklarda favorit olmur. "Qarabağ"ı yaxşı tanıyırıq". 90plus.az xəbər verir ki, bu fikirləri Kiprin AEL klubunun baş məşqçisi Duşan Kerkez "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib. 45 yaşlı mütəxəssis bildirib ki, növbəti raunda adlamaq şansları var: "Bunun üçün bizə azarkeşlərin dəstəyi lazımdır". Limassol təmsilçisinin yarımmüdafiəçisi Slobodon Medoyeviç isə güclü rəqiblə üz-üzə gələcəklərini söyləyib: "Qarabağ" favoritdir. Amma bizi ev və səfər oyunları gözləyir. Mərhələni keçə bilərik. Albaniya "Vlajnia"sı ilə matçlarda fanatlarımız bizə möhtəşəm dəstək verdilər. Eyni şeyi "Qarabağ"la oyunlarda da gözləyirik". Qeyd edək ki, "Qarabağ" AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

0 comments
bottom of page