"AFFA ölkədə və regionda futbolu inkişaf etdirəcək" -FIFA prezidenti


"Bakıya gəlməkdən və AFFA-dakı yaxşı dostlarımla görüşməkdən şad oldum".

90plus.az xəbər verir ki, bunu Avropa çempionatının A qrupunun İsveçrə - Türkiyə oyununu izləmək üçün Azərbaycan paytaxtına səfər etmiş FIFA-nın prezidenti Canni İnfantino deyib.

"Onlar anlayırlar ki ki, FIFA-ya ümid edə bilərlər və biz anlayırıq ki, AFFA-nın ölkədə və regionda futbolu inkişaf etdirəcəyinə ümid bəsləyə bilərik", - deyə İnfantino bildirib.

İsveçrəli funksionerin fikrincə, AFFA futbolun inkişafı istiqamətində işinin ölkə ictimaiyyətinə faydalı olmasına çalışır: "Bunu FIFA-nın maliyyə dəstəyi ilə "Turan Tovuz" Futbol Akademiyasının açılması da göstərir. Bu kompleks özündə tam təchiz olunmuş müasir stadion, biri qapalı olmaqla, 4 mini-futbol meydançası, akademiya otaqları və restoranlarını cəmləşdirir".

Azərbaycanda futbolun inkişafını yüksək qiymətləndirən İnfantino AFFA rəhbərliyi ilə görüşündə bu istiqamətdə işin davam etdirilməsinin vacibliyini vurğulayıb.



Ölkədə oğlan və qız, kişi və qadın futbolunun inkişafı istiqamətində görülmüş işlərlə bağlı müzakirələr aparılıb.

0 comments