AFFA ötən ilin xərclərini açıqladı 

AFFA-nın gəlirləri 2019-cu ildə 29 milyon 948 min 618 manat təşkil edib.

90plus.az xəbər verir ki, bu barədə AFFA-nın hesabat seçki konfransında qurumun rəsmisi Xalid Cavadov məlumat verib. O bildirib ki, xərclər 23 milyon 423 min 308 manat olub. X. Cavadov ötən ilin mayında Bakı Olimpiya Stadionunda keçirilən “Çelsi” - “Arsenal” qarşılaşmasının təşkilinə 13 milyon 333 min 491 manat xərcləndiyini də söyləyib.

0 comments