Elxan Mammadov AFFA-nin icraçı vitze-prezidenti oldu!

AFFA-nın Hesabat-Seçki Konfransında Rövnəq Abduillayevin növbəti dəfə prezident seçilməsindən sonra qapalı iclasa çəkilən İcraiyyə Komitəsinin üzvləri öz aralarında yeni təsis olunmuş icraçı vitse-prezident, həmçinin vitse-prezidentləri müəyyən ediblər.

90plus.az xəbər verir ki, bu posta AFFA-nın artıq keçmiş baş katibi Elxan Məmmədov təyin olunub. Məmmədovdan boşalan baş katib vəzifəsinə isə təyinat olmayıb. Bu vəzifəni də Elxan Məmmədov icra edəcək. O, 2007-ci ildən AFFA-nın baş katibidir. Vitse-prezidentlərin sayı 2-dən 3-ə artırılıb. İK-in üzvü Vaqif Sadıqov yeni vitse-prezident təyin edilib. Elşad Nəsirovla Rauf Əliyev də növbəti dəfə vitse-prezident seçilib. Milli komandanın baş məşqçi məsələsi isə açıq olara qalır. Namizədlərlə bağlı müzakirə aparılıb, hələlik qərar verilməyib.

0 comments

Recent Posts

See All