top of page

AFFA şimal komandasını yarışdan kənarlaşdırdı!


AFFA "Şahdağ" komandası Region Liqası yarışından uzaqlaşdırıb.

90plus.az-ın xəbərinə görə, bununla bağlı qurumun İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar verilib. Quba təmsilçisi çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlməməsi səbəbindən belə bir qərar çıxarılıb.

Qərarda bildirilir ki, "Şahdağ" Region Liqası oyunlarının 50 faizi keçirdiyi üçün qalan matçlarda komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

0 comments
bottom of page