top of page

AFFA 1-ci Liqanın davalara görə bir neçə klubuna cəza verdi!


AFFA İntizam Komitəsi 1-ci Liqanın 12-ci turunda keçirilmiş "Karvan" - "Zaqatala" oyununda yaşananlarla bağlı qərar verib.


90plus.az PFL-in saytına istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Amil Orucov 86-cı dəqiqədə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün ikisi şərti olmaqla üç oyunluq cəzalanıb. "Karvan" 200 manat ödəyəcək.


90-cı dəqiqədə meydan sahiblərinin digər oyunçusu Ruslan Voronsov təcavüzkar davranış (rəqibi təpiklə vurmaq) ucbatından qırmızı vərəqə alıb və 4 matçlıq diskvalifikasiya edilib. Oyunçu klubunu 300 manat ziyana salıb.


Komandanın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib və bu hal cari mövsümdə ilk dəfə yaşandığı üçün kluba xəbərdarlıq olunub.

Bundan əlavə, "Karvan" klubu Peşəkar Futbol Liqasının Əsasnaməsinin tələbi pozulduğuna görə 50 manat, qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün 80 manat cərimələnib.


"Zaqatala"nın futbolçusu Rüstəm Nuruyev 2 oyun şərti olmaqla 3 oyunluq, Nəsib Əliyev isə iki matçlıq cəzalnıb. Nuruyev qeyri-etik ifadə və ya hərəkətə görə, Əliyev hakimin qərarına etiraz ucbatından qırmızı vərəqə görmüşdü. Qonaqlar onlara görə müvafiq olaraq 200 və 150 manat ödəyəcəklər.


Həmçinin 5 oyunçunun sarı vərəqə alması "Zaqatala"nı 70 manat ziyana salıb.

Qeyd edək ki, qarşılaşma "Zaqatala"nın 2:0 hesablı qələbəsi ilə bitib. Görüşün sonlarında hər iki komandanın futbolçuları arasında dava düşüb.

0 comments
bottom of page