top of page

AFFA açıqladı - "Qarabağ"ın qapıçısına 3 oyunluq şərti cəza

AFFA İntizam Komitəsi "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvilini üç oyunluq şərti cəzalandırıb.


90plus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 24 yaşlı qolkiperin "Neftçi" ilə 1:1 heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyununda azarkeşlərə tərəf kənar əşya atması səbəb olub.


"Köhlən atlar" bunun üçün 2400 manat məbləğində cərimələnib. Gürcüstanlı oyunçuya şərti cəzaya görə üç ay sınaq müddəti təyin edilib.


Komitə hər iki kluba 4 min manat cərimə kəsib. Buna səbəb fanatların matçda təhqiramiz ifadələr işlətməsidir.


"Neftçi" tərəfdarların pirotexnikadan istifadəsinə görə 800, azarkeşlərin meydana kənar əşyalar atması ucbatından 1600 manat məbləğində ziyana düşüb.


Paytaxt klubunun fanatlarının oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” tərəfindən ödəniləcək.



0 comments

Comments


bottom of page