AFFA - Azərbaycan və Türkiyə oyunu haqqında



AFFA Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsilə bağlı məlumat yayıb.


90plus.az xəbər verir ki, qurumun rəsmi saytında yayılan açıqlamada bildirilib ki, AFFA və Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparılır: "Qarşılaşmanın 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı əlavə məlumat veriləcək".

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Şenol Günəş yerli mediaya açıqlamasında bu matçın mayın 26-da Antalya şəhərində keçiriləcəyini deyib.

0 comments