top of page

AFFA 5 kluba cəza və cərimələr kəsdi!


Bu gün baş tutan AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının 19-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.


90plus.az PFL-in saytına istinadən xəbər verir ki,

turun “Sabah” – “Neftçi” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” 700 manat cərimə edilib.


Sözügedən turun “Sabah” – “Neftçi” oyununda qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” 1500 manat cərimə edilib.

Oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə meydan sahibi komanda ("Sabah") 800 manat cərimə edilib.

Misli Premyer Liqasının 19-cu turunun “Səbail” – “Zirə” oyununda meydan sahibi komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” 700 manat cərimə edilib.

Misli Premyer Liqasının 19-cu turunun “Kəpəz” – “Turan Tovuz” oyununda qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz”  1500 manat cərimə edilib.

Misli Premyer Liqasının 19-cu turunun “Kəpəz” – “Turan Tovuz” oyununun 9-cu dəqiqəsində qonaq komandanın futbolçusu Faiq Hacıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Turan Tovuz” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Misli Premyer Liqasının 19-cu turunun “Qəbələ” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt”  da 700 manat cərimə edilib.

0 comments
bottom of page