AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
90plus.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 15-co turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.
Misli Premyer Liqasının 15-ci turunun “Neftçi” – “Səbail” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
Misli Premyer Liqasının 15-ci turunun “Şamaxı” – “Kəpəz” oyununda meydan sahiblərinin 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib
“Kəpəz”in 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.