top of page

AFFA bu klubları cərimələdi

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.


90plus.az AFFA-nın saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 29-cu turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.


Misli Premyer Liqasının 29-cu turunun “Səbail” – “Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.


“Səbail” – “Sabah” oyununda qonaq komandanın futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilib.


“Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra qonaq komandanın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 800 manat cərimə edilib.


“Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə edilib.


Misli Premyer Liqasının 29-cu turunun “Qarabağ” – “Kəpəz” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə edilib.



0 comments
bottom of page