top of page

AFFA bu klubları cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


90plus.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqanın 30-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Zirə” – “Səbail” oyununun ikinci hissəsində “Səbail” meydançaya gec çıxdığına görə 2400 manat cərimə edilib.


“Neftçi” – “Qəbələ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib.


“Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib. “Turan Tovuz”un futbolçusu Piruzi Marakvelidze rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib. Oyun bitdikdən sonra “Turan Tovuz”un futbolçusu Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə edilib. Oyun bitdikdən sonra “Turan Tovuz”un qapıçısı Kamal Bayramov rəqib futbolçuları təhqir etdiyinə görə 3 oyun cəzalanıb, klubu 1600 manat cərimə edilib. “Turan Tovuz”un futbolçuları isinmə hərəkətləri edən zaman tələbləri pozduğuna görə klub 200 manat cərimə edilib.


“Sabah” – “Qarabağ” matçına Yanğından mühafizə xidməti maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 400 manat cərimə edilib. “Sabah”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” klubu 1600 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” klubu 1600 manat cərimə edilib. Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 1600 manat cərimə edilib. “Qarabağ” azarkeşləri tərəfindən 155 oturacaq sındırıldığına görə meydan sahibi kluba dəymiş zərər “Qarabağ” klubu tərəfindən ödəniləcək.



0 comments

Comments


bottom of page