AFFA-da federasiya prezidenti ilə görüş keçirilib

Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti, səyyah Fərid Novruzi dünya səyahətini 158 günə tamamlayıb.

90plus.az xəbər verir ki, səyahət çərçivəsində o, dünyanın 6 qitəsinə (Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika və Avstraliya) səfər edib.


Heç bir hava nəqliyyatından istifadə etmədən 60 000 km məsafə qət edən Novruzi, ekvatoru şimaldan cənuba və cənubdan şimala olmaqla iki dəfə keçib, dünyanın iki antoqonist nöqtəsində olub.


Bütün bunları 158 günə tamamlamış Fərid Novruzi daim doğma Azərbaycan bayrağını səyahət etdiyi əksər ölkələrin ən görməli, əhəmiyyətli yerlərində dalğalandırıb.


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu münasibətlə Fərid Novruzi ilə görüşüb, səyahətini müvəffəqiyyətlə başa vurması münasibəti ilə onu təbrik edib.

0 comments